Ukrayna Xəzər dənizində neft yatağını VURDU

Ukrayna “Lukoil” şirkətinin Xəzər dənizindəki “Filanovski” neft yatağına zərbə endirib. 

Gununsesi.info xəbər verir ki, bu barədə “Bloomberg” nəşri yazıb.

Məlumata görə, Ukrayna ordusunun “Alfa” Xüsusi Əməliyyat Mərkəzinin uzaqmənzilli pilotsuz təyyarələri platformaya azı 4 dəfə zərbə vuraraq 20-dən çox quyuda hasilatı dayandırıb.

Yatağın layihə gücü ildə təqribən 6 milyon ton neft və ya gündə təxminən 120 min bareldir.

Gununsesi.info