Ukraynada ölkəni tərk etmiş çağırış yaşlı bütün kişi vətəndaşlar axtarışa verilib.
Gununsesi.info-nun məlumatına görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
Qeyd olunur ki, çağırış yaşlı ölkəni tərk etmiş, əlaqə qurmaq mümkün olmayan vətəndaşlar Ukrayna hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilir: “Onlar üzərilərindən bu axtarışın götürülməsi üçün ölkəyə qayıdıb, müvafiq qurumlara müraciət etməlidirlər”.
Gununsesi.info