Ukrayna XİN-dən Azərbaycanla bağlı PAYLAŞIM

  • By admin
  • 06 Fevral 2022 10:55

Ukraynanın Xarici İşlər Nazirliyi (XİN) rəsmi tviter hesabında Azərbaycan ilə diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə paylaşım edib.

Gununsesi.info xəbər verir ki, paylaşımda hər iki dövlətin dost və strateji tərəfdaşlıq münasibətləri vurğulanıb.

“Biz strateji əlaqələrimizi və ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığımızı dərinləşdirməyə davam edirik!”, – XİN-in paylaşımında qeyd edilib.

Gununsesi.info