Ukrayna xüsusi prosedurla Avropa İttifaqına üzvlük üçün müraciət edir

  • By admin
  • 28 Fevral 2022 17:53

Ukrayna xüsusi prosedur əsasında Avropa İttifaqına (Aİ) üzvlük üçün müraciət edir.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna baş naziri Denis Şmiqal “Telegram”da yazıb. “Ukraynalılar çoxdan sübut etdilər ki, biz hamımız Avropa İttifaqının ayrılmaz hissəsiyik. Artıq bunu kağız üzərində möhkəmləndirməyin vaxtı çatıb”, – baş nazir deyib.

Şmiqal qeyd edib ki, Ukraynanın xüsusi prosedur çərçivəsində Aİ-yə qəbulunu Slovakiyanın baş naziri Eduard Geger təklif edib.

 

 

Gununsesi.info