

Ukrayna xəritədən və yer üzündən silinmə təhlükəsi ilə üz-üzədir.
Bunu Ukraynann sabiq baş naziri, “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko belə bir bəyanatla Ali Radada çıxış edib.
Gununsesi.info Ukrayna mediasına istinadən xəbər verir ki, sabiq baş nazir ölkə rəhbərliyini imitasiya adı altnda həyata keçirilən islahatlara son qoymağa və ümummilli strateji məsələlərlə bağlı danışıqlara başlamağa çağırıb.
Y.Timoşenko deyib ki, Ukraynada son hakimiyyət dəyişikliyindən sonra parlament yüzlərlə qanunlar qəbul etməklə faktiki təkcə dövlət idarəçilik sistemini dağıtmaqla yanaşı adi vətəndaşların da hüquqların kobud surətdə pozub.
O deyib ki, Ukraynada əslində islahat adı altında xaos baş verir: “Artıq Ukrayna dünyada ölüm hadisəsinə görə dünyada ikinci yerə çıxıb. Ölkənin 8% əhalisi, yəni 3 milyonu əmək miqrantı kimi başqa ölkələrdə çalışır”.
Sonda Y.Timoşenko hakimiyyəti masa arxasına oturub danışıqlara başalamağa çağırıb. “Əks təqdirdə Ukrayna tədricən yer üzündən silinməyə başlayacaq”- deyə, Y.Timoşenko bəyan edib.
Gununsesi.info