Ukrayna zülmətə belə qərq olur - PEYK GÖRÜNTÜLƏRİ

Peyklər noyabrın 23-də kütləvi raket hücumlarından sonra Ukrayna şəhərlərinin necə qaranlığa qərq olduğunu qeydə alıb.

Bu barədə Gununsesi.info “Sky News”a istinadla xəbər verir.

HTML tutorial

Peyk görüntüləri həmin gecə Ukraynanın böyük hissəsinin qaranlığa qərq olduğunu göstərir.

Eyni zamanda, ölkədə enerji təchizatı ilə bağlı vəziyyətin getdikcə yaxşılaşdığını qeyd edirlər.

Xatırladaq ki, dünən Rusiya qoşunları Ukraynanın kritik infrastrukturuna növbəti kütləvi hücumu həyata keçirib. Raket sərbələri nəticəsində ölkənin əksər hissəsi işıqsız qalıb. Həmçinin, rus hücumları on nəfərin həyatına son qoyib, daha 55 nəfər yaralanıb.

Çətin vəziyyətə baxmayaraq, noyabrın 24-də günorta saatlarında Ukraynanın bütün bölgələrinə elektrik enerjisinin verilişi bərpa edilib. Ancaq ilk olaraq kritik infrastrukturlarına elektrik enerjisi verilib.

Gununsesi.info