Ukraynada əsir düşən azərbaycanlı tələbə GERİ QAYTARILDI - VİDEO

  • By admin
  • 29 Mart 2022 14:09

Ukraynada əsir düşən Azərbaycan vətəndaşı azad olunub. Söhbət Ukraynada təhsil alan və dövlət imtahanı üçün həmin ölkəyə gedən Əziz Bədirxan oğlu Haqverdiyevdən gedir. Ailəsi sonuncu dəfə Əziz Haqverdiyevdən fevralın 21-də xəbər tutub.

Ardınca Rusiya-Ukrayna arasında yaşanan gərginlik səbəbindən bütün əlaqələr kəsilib.

O vaxta qədər ki, Ukrayna teleqram kanalları soydaşımızın elə həmin ölkədə saxlanma xəbərini yayıblar. Bundan sonra Azərbaycanın aidiyyəti qurumları hərəkətə keçib və Əziz Haqverdiyev ölkəyə gətirilib.

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı Ukraynada əsir düşdü – VİDEO

Gununsesi.info bildirir ki, bu barədə Bizim.Media-ya qardaşı Elçin Haqverdiyev məlumat verib.

Bildirib ki, qardaşının səhhətində ciddi problem yoxdur. Sadəcə Ukrayna dilini bilmədiyi üçün həmin ölkədə anlaşılmazlıqla qarşılanaraq saxlanılıb:

“Qardaşım artıq yanımızdadır. Psixoloji cəhətdən bir qədər narahatlığı var. Ukraynada rus dilində təhsil alırdı deyə, həmin ölkənin dilini bilmirdi. Problem də elə buna görə baş verib. Sağ olsun dövlətimiz, səfirliyimizin əməkdaşları qardaşımın ölkəyə gətirilməsi üçün əlindən gələni etdi”, – deyə Elçin Haqverdiyev qeyd edib.

Gununsesi.info  Bizim.media-ya istinadən ölkəsinə geri qaytarılan azərbaycanlı tələbənin eksklüziv videgörüntüsünü təqdim edir:

Gununsesi.info