Ukraynada 10 milyon insan evlərini tərk etdi

  • By admin
  • 20 Mart 2022 20:02

Ukraynadakı münaqişə nəticəsində 10 milyon insan evlərini tərk edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı (BMT QAK) Filippo Qrandi Tvitter hesabında məlumat verib

“Dünyanın hər yerində müharibə aparanların məsuliyyətləri arasında evlərini tərk etməyə məcbur olan mülki əhalinin çəkdiyi əzablar da var”, – Filippo Qrandi vurğulayıb.

O əlavə edib ki, qaçan 10 milyon əhali ya Ukrayna daxilində köçkün olub, ya da xarici ölkəyə qaçıb.

Gununsesi.info