Ukraynada 117 uşaq öldürülüb

  • By admin
  • 22 Mart 2022 14:49

Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı fevralın 24-dən indiyədək 117 ukraynalı uşaq öldürülüb, 155 azyaşlı isə yaralanıb.

Gununsesi.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, məlumatı Ali Radanın İnsan Hüquqları üzrə Müvəkkili Lyudmila Denisova bildirib.

Ukrayna Baş Prokurorluğunun yaydığı məlumata görə, indiyədək Kiyev vilayətində 58, Xarkovda 40, Çerniqovda 31, Donetskdə 30, Nikolayevdə 24, Kiyev şəhərində 16, Jitomir və və Xersonda 15, Sumıda 14 uşaq müharibədən zərər çəkib.

Gununsesi.info