Ukraynada 2 mindən çox dinc sakin həlak oldu

  • By admin
  • 02 Mart 2022 17:30

Rusiya qüvvələrinin Ukraynaya təcavüzü nəticəsində 2 mindən çox dinc ukraynalı həlak olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, xilasedicilər 150-dən çox insanın həyatını xilas etməyə, düşmənin atəşi nəticəsində yaranan 400-dən çox yanğının aradan qaldırılmasına, 500-dən çox insanın təxliyə edilməsinə və 416 partlayıcı qurğunun zərərsizləşdirilməsinə nail olub.

“Tapşırıqları yerinə yetirərkən 10 xilasedici həlak olub, 13 nəfər yaralanıb. Müharibənin 7 günü ərzində Rusiya yüzlərlə nəqliyyat infrastrukturu obyektini, evləri, xəstəxanaları və uşaq bağçalarını dağıdıb. Bu gün Fövqəladə Vəziyyət üzrə Dövlət Xidmətinin əsas səyləri Ukrayna vətəndaşlarının həyatını xilas etməyə yönəlib” – məlumatda deyilir.

Qeyd olunub ki, Ukraynanın çətin anlarında qonşu Polşa dövləti yardım əlini uzadıb. Sıx əməkdaşlıq sayəsində polyaklar Ukrayna xilasedicilərinə 7 ədəd müasir yanğın-xilasetmə texnikası təhvil verəcəklər.

Gununsesi.info