Ukraynada 2020-ci ildə 733 insan QİÇS-dən vəfat edib

  • By admin
  • 17 May 2020 16:30

Bu ilin əvvəlindən Ukraynada 700-dən çox insan QİÇS-dən ölüb.

Gununsesi.org bildirir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, bu il 5256 nəfərdə HİV infeksiyası aşkarlanıb:

“Ukrayna vətəndaşları arasında ilin əvvəlindən 1501 QİÇS-ə yoluxma hadisəsi qeydə alınıb ki, onlardan 733 nəfəri ölüb”.

 

 

Gununsesi.org