Ukraynada 350-dən çox dinc sakin həlak olub

  • By admin
  • 06 Mart 2022 13:59

Fevralın 24-də Rusiyanın hərbi müdaxiləsi başlayandan bəri Ukraynada 350-dən çox dinc sakin həlak olub, 707 nəfər yaralanıb. 

Gununsesi.info xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb.

Məlumata görə, ölənlər arasında 28 uşaq var.

Donetsk və Luqansk vilayətlərində 86 ölü və 385 yaralı qeydə alınıb. O cümlədən, 355-i Ukraynanın nəzarətində olan ərazidə, 116-sı işğal olunmuş ərazilərdədir.

Ukraynanın digər bölgələrində isə 265 nəfər ölüb, 322 nəfər yaralanıb.

Məlumata görə, qurbanların əksəriyyəti ağır artilleriya atəşi və reaktiv yaylım atəşi sistemləri, həmçinin raket və hava zərbələri də daxil olmaqla, böyük əraziyə ziyan vuran partlayıcı silahlardan ölüb.

Gununsesi.info