Ukraynada 423 yaşayış məntəqəsi işıqsız qalıb

Dekabrın 6-da hava şəraiti ilə əlaqədar Ukraynanın elektrik enerjisi kəsilmiş bütün yaşayış məntəqələrində bərpa işləri aparılıb. Hərbi əməliyyatlar və texniki səbəblərdən 423 yaşayış məntəqəsinin enerji təchizatı dayandırılıb.
Gununsesi.info “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunur ki, Donetsk vilayətində 117 yaşayış məntəqəsi elektrik enerjisiz qalıb. Döyüş əməliyyatları nəticəsində elektrik enerjisi kəsilmiş 8 yaşayış məntəqəsi (8,5 min istehlakçı) elektrik enerjisi ilə təmin edilib.
Zaporojye vilayətində 63 yaşayış məntəqəsi – 26 minə yaxın istehlakçı işıqsız qalıb. Həmçinin texniki səbəblərdən 1,5 min abonent işıqsız qalıb.
Sumı və Çerniqov vilayətlərində isə hərbi əməliyyatlar nəticəsində 71 yaşayış məntəqəsi işıqsız qalıb. Həmçinin Xarkov vilayətində hərbi əməliyyatlar nəticəsində 1,4 min istehlakçının elektrik enerjisi kəsilib. Xerson vilayətində 45 yaşayış məntəqəsi işıqsız qalıb.
Lvov vilayətində qazıntı işlərinin aparılması qaydalarının pozulması səbəbindən yeraltı aşağı təzyiqli qazpaylayıcı kəmər zədələnib. 98 abonent qazsız qalıb. Qaz sızması aradan qaldırılıb. İş davam edir.
Gununsesi.info