Ukraynada 7 nazir müavini işdən çıxarıldı

  • By admin
  • 10 Fevral 2023 21:05

Ukrayna hökumətində yeddi nazir müavinini vəzifəsindən azad edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat yayıb.

Bildirilir ki, işdən çıxarılanlardan beşi daxili işlər nazirinin müavinidir. Məlumata görə, Meri Hakopyan, İqor Bondarenko, Sergey Qonçarov, Bohdan Drapyatı, Yekaterina Pavliçenko daxili işlər nazirinin müavini vəzifəsindən azad ediliblər.

Denis Kudini Ukrayna iqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən, Olha Rabiyçuku Turizmin İnkişafı üzrə Dövlət Agentliyinin rəqəmsal inkişaf, rəqəmsal transformasiya və rəqəmsallaşma üzrə müavini vəzifəsindən azad edilib.

Gununsesi.info