Ukraynada 9 Azərbaycan vətəndaşı saxlanıldı

  • By admin
  • 10 Sentyabr 2021 20:58

Ukrayna polisi Xerson vilayətinin “Velyki Kopani” topdansatış bazarında qanunsuz miqrantlara qarşı reyd keçirib.

Gununsesi. info Ukrayna KİV-nə istinadən xəbər verir ki, “Miqrant” adlı əməliyyat zamanı 9 nəfər saxlanılıb. Onlar Azərbaycan vətəndaşlarıdır.

Xerson polis idarəsinin məlumatına görə, saxlanılanlar haqqında inzibati cərimə nəzərdə tutulub və onlar deportasiya olunacaqlar.

Gununsesi. info