Ukraynada atəşkəsə nail olmağın zamanı gəlib - Hakan Fidan

  • By ilhame
  • 03 Mart 2024 14:21

Ukraynada atəşkəsə nail olmağın zamanı gəlib.

 

Gununsesi.info-nun verdiyi xəbərə görə, bunu Antalya Diplomatiya Forumunun qapanış mərasimində çıxışı zamanı Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.

O qeyd edib ki, bu işğalın qəbul edilməsi demək deyil, sadəcə atəşkəs və işğal faktorunu bir-birindən ayırmağın da zamanıdır. Nazirin sözlərinə görə, Ukraynadakı müharibə artıq davam edilə bilməyəcək səviyyəyə çatıb.

Gununsesi.info