Ukraynada avtomobillərlə bağlı qadağa qüvvəyə mindi

  • By admin
  • 21 Mart 2022 09:47

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi əməliyyatı ilə əlaqədar olaraq avtomobil və motosiklet sürücülərinə videoregistratorlardan istifadə etmək qadağan edilib.

Gununsesi.info UNİAN-a istinadən xəbər verir ki, bu barədə daxili işlər nazirinin müşaviri Anton Geraşenko teleqramda məlumat verib.

“Qadağa ümumi istifadədə olan avtomobil yollarının, ümumi obyektlərin, infrastruktur obyektlərinin, nəzarət-buraxılış məntəqələrinin, istehkamların, müdafiə qüvvələrinin hərbi hissələrinin (bölmələrinin) yerləşməsi, cəmləşməsi və ya yerdəyişməsi ilə bağlı foto və video çəkilişlərə aiddir”, – deyə o bildirib.

Geraşenkonun sözlərinə görə, qadağa ölkənin bütün regionlarında keçərlidir.

Gununsesi.info