Ukraynada azərbaycanlı ailə üzvlərinin meyiti tapıldı

Ukraynanın Xarkov vilayətinin işğaldan azad edilən Çuquyev rayonu ərazisində azərbaycanlı ailə üzvlərinin meyitləri aşkarlanıb.

Gununsesi.info xəbər verir ki, 45 yaşlı Əlişir Nurullayev, onun həyat yoldaşı və az yaşlı uşağının meyitləri tanınmaz halda tapılıb.

HTML tutorial

Hazırda Xarkov vilayətində yaşayan bir qrup həmyerlimiz azərbaycanlı ailə üzvlərinin meyitlərinin hissələrini oradan toplayaraq uyğun bir yerdə dəfn etməyə çalışırlar.

Qeyd edək ki, azərbaycanlı ailə Rusiya hərbçilərinin bu ərazini işğal etməyə cəhd edən zaman baş verən partlayışlarda həlak olub.

Hər üç meyit ərazi işğaldan azad olunana qədər dəfn edilməmiş qalıb.

Gununsesi.info