Ukraynada azərbaycanlı uçan binanın altında qaldı

  • By admin
  • 04 İyun 2018 23:17
 

Ukraynanın Lvov şəhərinin mərkəzində yaşayış evinin fasadının bir hissəsi uçub. Gununsesi.info Ukrayna mediasına istinadən xəbər verir ki, fasadın dağıntıları altında qalan kişi müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Məlumata görə, Qalitskiy küçəsi ilə Rınok meydanının kəsişməsində evin fasadının bir hissəsi uçub. Nəticədə Azərbaycan vətəndaşı olan Bakı sakini yaralanıb. Həmin kişi Təcili tibbi yardım xəstəxanasına çatdırılıb.