Ukraynada azərbaycanlı və erməni icma rəhbəri devrilmiş prezident Yanukoviç tərəfdarları ilə birgə yeni partiya yaradırlar.
Bu barədə Gununsesi.info-ya Ukraynada azərbaycanlı diaporun nümayəndələri məlumat veriblər.
Məlumatda qeyd olunur ki, Ukraynada adı son vaxtlar qalmqallarda hallanan doaspor rəhbəri Rövşən Tağıyev bu ölkənin inqilab yolu ilə devrilmiş prezidenti Viktor Yanukoviçin tərəfdarlarının ermənilər ilə birgə yeni yaratdığı partiyaya qoşulur. Partiya Viktor Yanukoviçin hakimiyyətində Ukraynanın xarici işlər naziri işləmiş Leonid Kojaranın rəhbərliyi ilə yaradılır.
Buununla bağlı təsis konfransı da keçirilib və bu yaxınlarda rəsmən elan olunacaq. Eks-nazir L. Kojaranın rəhbərliyi ilə keçən tədbirdə Rövşən Tağıyev, onunla yaxın dost olduğu iddia olunan Ukrayna Erməniləri Milli Konqresinin sədri Aşot Avanesyan və digər Yanukoviç tərəfdaları iştirak ediblər. Yeni siyasi partiyanın Rusiyanın dəstəyi ilə yaradıldığı, Yanukoviç tərəfdarlarının bu partiya ilə indiki Ukrayna hakimiyyətinə qarşı yeni siyasi cəbhə açdığı elan olunub. Partiyanın adı Ukrayna Sosial Demokrat Partiyasıdır. Bildirilir ki, partiya Ukraynada inqilabdan sonra zəifləmiş Rusiya maraqlarını bərpa etməyə xidmət edir, Avrointeqrasiya əleyhinə siyasi xətt götürüb. Son vaxtlar Kiyevin yerli özəl telekanallarında da çıxış edən Rövşən tağıyev çıxışlarında üstüörtülü də olsa yeni hakimiyyəti Avrointeqirasiyada tənqid edir və dolayısı ilə keçmiş Yanukoviç hakimiyyətinin devrilməsinin Ukrayna üçün yaxşı nəticələnmədiyini iddia edir. Erməni doaspor rəhbəri də çıxışlarında onunla eyni fikri bölüşür və görünən odur ki, Yanukoviç tərəfdalırının Ukraynada təbliğat kampaniyasına azərbaycanlı və erməni doaspor rəhbərləri də cəlb olunub. Tədbirdə R. Tağıyev Azərbaycanın Ukraynadakı yeni səfiri Azər Xudiyev ilə yaxın dost oldyuğunu və onun Azərbaycan ghakimiyyətində yaxın qohumlarının dəstəyi ilə rəsmi Bakının da rəğbətini qazanacağını bildirib. R. Tağıyev bildirib ki, səfir dəfələrlə ona Bakıda hakimiyyət orqanlarında yaxın qohumlarının olduğunu və bu işdə hər cür dəstəyə hazır olduğunu bildirib. Hazırda yaranan partiyanın sədri Leonid Kojara 201-2014-cü illərdə Ukraynanın xarici işlər naziri olub və həmişə Dağlıq Qarabağ münaqişəsində Ermənistan meyilli çıxışları ilə yadda qalıb.
Gununsesi.info