Ukraynada Azərbaycan vətəndaşlarından ibarət cinayətkar qrup saxlanıb

  • By admin
  • 10 Noyabr 2017 08:40

Ukraynanın Zaporojye şəhərində polis 3 Azərbaycan vətəndaşından ibarət cinayətkar qrup saxlayıb. 

Gununsesi.info xəbər verir ki, bu barədə vilayət polis idarəsinin rəisi Oleq Zolotonoşa bildirib. Onun sözlərinə görə, saxlanılan şəxslər qaçırdıqları “Mercedes” markalı avtomobildə hərəkət ediblər. Axtarış zamanı onların üzərindən əl qumbaraları və tapança aşkar edilərək götürülüb.

“Saxlanılan şəxslərin yaşadıqları ünvanlara və avtomobilə baxış zamanı 2 qumbara və 1 tapança aşkarlanıb. Onlara qarşı Ukrayna CM-nin 3 maddəsi üzrə cinayət işi başlanıb.

Gununsesi.info