Ukraynada “Bayraktar” zavodunun tikintisinə başlanıldı

  • By admin
  • 10 İyul 2023 13:23

Ukraynada “Bayraktar” zavodunun tikintisinə başlanılıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin deyib.

Onun sözlərinə görə, zavodda PUA-lar və digər hərbi texnikalar istehsal olunacaq.

Qeyd edək ki, “Baykar” şirkətinin rəhbəri Haluk Bayraktar Ukraynada “Bayraktar TB2” və “Bayraktar Akıncı” pilotsuz uçuş aparatlarının istehsalına 2025-ci ildə başlayacağını bildirmişdi.

Gununsesi.info