Ukraynada bomba həyəcanı- MƏHKƏMƏ BİNASI TƏXLİYYƏ EDİLDİ

Ukraynada bomba həyəcanı

Kiyevdə anonim zəngdən sonra məhkəmə binası təxliyə olunub.

Gununsesi.info xəbər verir ki, günorta saatlarında polis idarəsinə şəhər məhkəmə binasına bomba qoyulması barədə zəng daxil olub.

Zəngdən dərhal sonra 200-ə yaxın şəxs binadan çıxarılıb və axtarışlar aparılıb.

Aparılan yoxlamalar nəticəsində binada partlayıcı maddə aşkar edilməyib.

Hazırda zəngin mənşəyi ilə bağlı araşdırma aparılır.

Gununsesi.info

COMMENTS