Ukraynada bomba həyəcanı - MƏHKƏMƏ BİNASI TƏXLİYYƏ EDİLDİ

  • By admin
  • 13 Fevral 2018 22:14

Kiyevdə anonim zəngdən sonra məhkəmə binası təxliyə olunub.

Gununsesi.info xəbər verir ki, günorta saatlarında polis idarəsinə şəhər məhkəmə binasına bomba qoyulması barədə zəng daxil olub.

Zəngdən dərhal sonra 200-ə yaxın şəxs binadan çıxarılıb və axtarışlar aparılıb.

Aparılan yoxlamalar nəticəsində binada partlayıcı maddə aşkar edilməyib.

Hazırda zəngin mənşəyi ilə bağlı araşdırma aparılır.

Gununsesi.info