Ukraynada ciddi xəbərdarlıq yayılıb

Ukraynada istilik mövsümü ciddi problemdir.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Şəhərlər Assosiasiyası məlumat yayıb.

Qarşıdan gələn soyuq qış aylarında beş milyondan çox insanın istiliksiz qala biləcəyi iddia edilir. Assosiasiya izah edib ki, bu, digər məsələlərlə yanaşı, təbii qazın tariflərindəki fərqə görə kompensasiyanın ödənilməməsi, eləcə də infrastrukturun dağıdılması ilə bağlıdır.

Martın 6-da Ukrayna prezidenti Vladimir Zelenski növbəti istilik mövsümü üçün ölkədə energetika obyektlərinin mühafizəsini gücləndirməyi tapşırmışdır. O görülən işlərin miqyasını geniş adlandıraraq, bərpa prosesinə başlanıldığını əlavə edib.

 

 

Tərcümə

Şəbnəm

Gununsesi.info