Ukraynada daha 3 azərbaycanlı güllələndi

  • By admin
  • 28 Fevral 2022 12:57

Ukraynanın Dnepr vilayətindən Rusiyanın Belqorod şəhərinə yük maşını ilə kənd təsərrüfatı məhsulları aparan azərbaycanlılar rus hərbçilərinin atəşinə məruz qalıb.

Bu barədə Gununsesi.info-ya Azərbaycanın Xarkovdakı konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adgözəlli bildirib.

Hadisə nəticəsində 3 nəfər yaralanıb. Onlar Tahirov Samir Sürəddin oğlu, Bayramov Yusif Asif oğlu və Əsgərzadə Nadir Qadir oğludur.

Qeyd edək ki, Ukrayna hərbçiləri onları xəstəxanaya yerləşdiriblər.

Gununsesi.info