Ukraynada daha bir azərbaycanlı hərbçi həlak oldu

  • By admin
  • 25 Oktyabr 2022 09:23

Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı çavuşu Orucov Rəşad Əliqulu oğlu Donetsk vilayəti istiqamətində həlak olub.

Gununsesi.info xəbər verir ki, 1989-cu il təvəllüdlü azərbaycanlı hərbçi Ukraynanın Xmelnitsk vilayətində doğulub böyüyüb.

O, 2014-cü ildən etibarən Ukrayna ordusunda müddətdən artıq çavuş kimi xidmət edirdi.

R. Orucov böyüdüyü vilayətdə dəfn olunub.

Gununsesi.info