Ukraynada daha bir istefa

  • By admin
  • 24 Sentyabr 2019 19:13

Ukraynanın Milli Polis İdarəsinin rəhbəri Sergey Knyazev istefa verib.

Gununsesi.org-un Ukrayna KİV-nə istinadən məlumatına görə, bu barədə o, Daxili İşlər Nazirliyinə ərizəsini təqdim edib. Knyazev istefasının səbəbini açıqlamayıb. O, bu vəzifəyə 2017-ci ilin fevralında təyin olunub.

Qeyd edək ki, Knyazevin keçmiş həyat yoldaşı Viktoriya ötən bazar gömrük əməkdaşları tərəfindən qanunsuz olaraq ölkəyə 650 min avronu keçirmək istəyərkən yaxalanıb. Polis rəisi bunu inkar edərək yazılan məlumatların dezinformasiya olduğunu bildirib.

 

 

Gununsesi.org