Ukraynada daha bir şəxs istefa verdi

  • By admin
  • 28 Noyabr 2019 18:25

Ukrayna Xarici işlər nazirinin Avropaya inteqrasiya məsələləri üzrə köməkçisi Yelena Zerkal istefa verib.

Gununsesi.org–un rus mətbuatına istinadən verdiyi xəbərə görə, Zerkal istefa ərizəsini Baş Nazir Aleksey Qonçaruka təqdim edib.

Sənəddə deyilir:

“Sizdən öz şəxsi istəyimlə Xarici işlər nazirinin Avropaya inteqrasiya məsələləri üzrə müavini vəzifəsindən kənarlaşdırılmağımı xahiş edirəm”.

Gununsesi.org