Ukraynada ehtiyatda olan hərbçilər orduya ÇAĞIRILDI

  • By admin
  • 23 Fevral 2022 13:06

Ukraynada yaşı 18-dən 60-a qədər olan ehtiyatdakı hərbçilərin hərbi xidmətə çağırılmasına başlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

“18 yaşdan 60 yaşa qədər ehtiyatda olan hərbçilər çağırılacaq. Bunlar həm zabit, həm sıravi, həm də kiçik zabitlər olacaq. Bu gün çağırış başlayacaq. Maksimum xidmət müddəti 1 ildir”, – məlumatda deyilir.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski fevralın 22-də ölkə üçün xüsusi müddət ərzində ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması haqqında fərman imzalayıb.

Gununsesi.info