“Ukraynada fevralın 24-dən indiyədək 406 dinc sakin ölüb” - BMT

  • By admin
  • 07 Mart 2022 18:47

Ukraynada fevralın 24-dən indiyədək 406 dinc sakin həlak olub, daha 801 nəfər yaralanıb.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb.

Məlumata görə, ölənlər arasında azı 40-dan artıq qadın və 30-ya yaxın uşaq var.

Ali Komissarlıqdan bildirilib ki, real rəqəmlər daha yüksək ola bilər.

“Mülki itkilərin əksəriyyəti uzaqmənzilli silahlardan istifadə, ağır artilleriya və çoxsaylı reaktiv sistemlərdən atəşə tutulma, həmçinin raket və hava zərbələri nəticəsində baş verib”, – təşkilatın bəyanatında deyilir.

 

 

Gununsesi.info