Ukraynada fövqəladə vəziyyət elan edildi

  • By admin
  • 25 Mart 2020 16:30

Ukraynada bütün ölkə ərazisində fövqəladə vəziyyət rejimi elan edilib.

Gununsesi.org bildirir ki, “İnterfaks”ın məlumatına görə, bunu ölkənin Baş Naziri Denis Şmıqal hökumətin iclasında bəyan edib.

Fövqəladə rejim aprelin 24-nə qədər davam edəcək.

Şmıqal ehtiyac olacağı təqdirdə fövqəladə vəziyyət müddətinin uzadıla biləcəyini istisna etməyib.

Gununsesi.org