Ukraynada girov götürülən iki azərbaycanlı iş adamı azad olunub

  • By admin
  • 16 Sentyabr 2016 12:04

ukrayna

Ukraynada girov götürülən iki azərbaycanlı biznesmen azad edilib.
Gununsesi.info report.az-a istinadən xəbər verir ki, Ukraynanın Xerson şəhərində bir müddət əvvəl naməlum şəxslər tərəfindən evinin qarşısından qaçırılan 32 yaşlı Təbriz adlı azərbaycanlı iş adamı bu yaxınlarda pul müqabilində azad olunub. İş adamının azad olunması müqabilində ödənilən məbləğ açıqlanmır.

HTML tutorial

Həmçinin, bu ilin yanvar ayında Ukraynanın İrpen şəhərində qaçırılan 40 yaşlı Sakit adlı əslən Azərbaycandan olan iş adamı da azad olunub.

Hər iki iş adamının azadlığı müqabilində ödənilən məbləğ açıqlanmasa da, həmin vəsaitin yüksək olduğu bildirilir.

Qeyd edək ki, hər iki azərbaycanlı Ukrayna vətəndaşıdır.

Gununsesi.info