Ukraynada gözlənilməz informasiya blokadası - VİDEO

  • By admin
  • 28 İyun 2023 19:10

Rusiyanın Ukraynada apardığı müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə ölkənin Donetsk, Poltava, Xarkov, Xerson və Zaporojye vilayətlərində vəziyyət gərgin olub.

Belə ki, Rusiya Ordusu Donetskin Kramatorsk şəhərinə “İsgəndər” raketləri ilə hücum edib. Nəticədə yaşayış evləri dağılıb, iki yeniyetmə və iki gənc qız da həlak olub.

M.Aslanovun sözlərinə görə, Ukrayna Ordusu Zaporojyedə növbəti əks-hücuma cəhd edib. Lakin yeni ərazi işğaldan azad edilməyib.

Məlumata görə, Ukrayna rəsmiləri müharibənin gedişatı ilə bağlı açıqlama verməkdən imtina edirlər. “Onlar əksər jurnalistlərə cavab vermirlər. İşğaldan azad edilən ərazilərlə bağlı məlumatları təsdiqləmək istəmirlər”, – deyə jurnalist əlavə edib.

Gununsesi.info