
GUAM-a üzv ölkələrin – Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova baş nazirlərinin gələn ilin əvvəlində görüşü keçiriləcək.
Gununsesi.info-nun məlumatına görə, bunu Milli Məclisdə (MM) GUAM PA-nın 9-cu sessiyasında xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
Nazir qeyd edib ki, görüşün təşəbbüskarı Ukrayna tərəfi olduğu üçün baş nazirlərin görüşünün Kiyevdə keçirilməsi nəzərdə tutulub.
Onun sözlərinə görə, görüşdə müxtəlif məsələlər müzakirə olunacaq.
M. Bünyadlı
Gununsesi.info