Ukraynada həbsdə olan qazimizlə bağlı ŞAD XƏBƏR

“Bu gün Kiyev apellyasiya məhkəməsində Qarabağ qazisi Misir Qasımlının işində ilk qələbəmizi qazandıq”.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavad məlumat verib.

HTML tutorial

O bildirib ki, apellyasiya məhkəməsi Obuxov məhkəməsinin 18.05.2022 tarixli qərarını ləğv edib:

“Bu isə bizə Obuxov məhkəməsində gələn aya təyin olunan proseslərdə böyük üstünkük verir.

Ümid edirəm ki, oktyabr ayının sonunda Misirlə bağlı məhkəmə prosesi bizim xeyrimizə bitəcək və qazimiz azadlığa çıxacaq”.

Qeyd edək ki, azərbaycanlılar Kiyevdə erməni əsilli İspaniya və Britaniya vətəndaşı olan iş adamının şikayəti əsasında saxlanılıb. Onlara qarşı adam oğurluğuna cəhd və soyğunçuluq maddələri ilə ittiham irəli sürülsə də, 1 ildən çoxdur ki, sübut olunmur. M.Qasımlı və S.Quliyev Ukraynada paytaxt Kiyevdə istintaq təcridxanasında saxlanılırlar. Hazırda onların məhkəmə iclası davam edir. Hər iki şəxs sentyabrın 5-dən aclıq aksiyasına başlayıb.

Gununsesi.info