Ukraynada hərbçi bölük komandirinin müavinini güllələyib, sonra intihar edib

  • By ilhame
  • 12 Yanvar 2024 19:33

Ukraynanın Nikolayev vilayətinin Berezneqovatoe qəsəbəsində çavuş bölük komandirinin müavinini, daha sonra özünü güllələyib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə yerli “Strana” nəşri prokurorluğa istinadən məlumat yayıb.

İnsident yanvarın 7-də axşam saat 21:00 radələrində baş verib. Prokurorluğun məlumatına görə, bölüyün çavuşu öz avtomatından komandirə 6 dəfə atəş açıb.

 

“Berezneqovatı kəndində hərbi qulluqçu, ona təyin edilmiş avtomatdan bölük komandirinin müavininə 6 atəş açıb. Hadisə yerinə baxış keçirilib, şahidlər dindirilib. Biz hadisəni araşdırırıq”, – hüquq-mühafizə orqanlarının əməkdaşları bildirib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin “Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb.

Gununsesi.info