Ukraynada hərbi vəziyyət daha 3 ay uzadılıb

  • By Admin2
  • 16 Aprel 2025 17:15

Ukraynada davam edən müharibə səbəbindən elan edilən hərbi vəziyyət avqustun 7-dək uzadılıb.Əvvəlcə 2022-ci il martın 26-na kimi davam etməsi planlaşdırılan hərbi vəziyyət parlamentin təsdiqi ilə 14 dəfə uzadılıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ukrayna ilə Rusiya arasında 2022-ci ilin fevralında başlayan müharibə 1147-ci günündə davam edərkən, hərbi vəziyyətin tətbiqi daha 3 ay uzadılıb.

Ukrayna parlamenti hərbi vəziyyətin avqust ayına qədər uzadılması qərarının 357 deputatın “hə” səsi ilə qəbul edildiyini açıqlayıb.

Beləliklə, mayın 9-da başa çatması nəzərdə tutulan hərbi vəziyyət avqustun 7-dək qüvvədə olacaq.

Orxan

Gununsesi.info