Ukraynada müğənni elektrik cərəyanı vurmasından ölüb

  • By Admin2
  • 02 İyul 2026 16:34

Ukraynanın xalq artisti Nikolay Yançenko üzgüçülük hovuzunda elektrik cərəyanı vurmasından ölüb.

Gununsesi.info xəbər verir ki, bu barədə onun dostu Yuri Melnik Facebook səhifəsində məlumat verib .

Yançenkonun 66 yaşı var idi. Hadisə rəssamın Strijavka kəndindəki mülkündə baş verib.

Melnik deyib ki, Kolya və ailəsinin yaşadığı evin yaxınlığında yerləşən üzgüçülük hovuzunda elektrik cərəyanı vurması nəticəsində ölüb.

Sənətçinin həyat yoldaşı Nataliya sosial media hesabında məlumatı təsdiqləyib.

Qeyd edəki ki, müğənni və bəstəkar Nikolay Yançenko 14 dekabr 1959-cu ildə Vinnitsa vilayətinin Kanava kəndində anadan olub. Tulçin Mədəni-Maarif Kollecini dram qrupu rejissorluğu ixtisası üzrə bitirib. 1990-cı illərdə bəstəkar və ifaçı kimi yaradıcılıq karyerasına başlayıb.

2016-cı ildə Nikolay Yançenko Ukraynanın Xalq Artisti fəxri adına layiq görülüb.

Maqsud

Gununsesi.info