Ukraynada müharibə bu tarixdə bitəcək – JDANOV

  • By admin
  • 15 Mart 2022 16:12

Ukraynada müharibə bir neçə ay davam edəcək. Hazırda rus ordusu böyük itkilər verir, əsgərləri ruhdan düşür.

Gununsesi.info  xəbər verir ki, bunu ehtiyatda olan polkovnik, hərbi ekspert Oleq Jdanov deyib.

HTML tutorial

“İndi qaynar fazanın yalnız birinci mərhələsidir. Ukrayna ordusu Rusiyanın hücumunu dayandıra bilib. İkinci mərhələdə Ukrayna hərbçiləri əks-hücum əməliyyatına başlayacaq. Ən çətin mərhələ burda olacaq, çünki hücum döyüşləri müdafiə döyüşlərindən qat-qat çətin olur. Əks-hücumu daha bacarıqla qursaq, böyük itkilərdən qaça bilərik. Müharibənin əsas qaynar mərhələsi hələ qabaqdadır”, – Jdanov bildirib.

Jdanov qeyd edib ki, müharibə bir neçə həftəyə başa çata bilər:

“Əgər Rusiya hakimiyyəti devrilsə, o zaman Rusiyada yeni elita, keçid hökuməti ölkəni xilas etmək üçün müvəqqəti komitə yaradacaq. Bundan sonra Rusiya bizimlə razılığa gələ bilər və qoşunlarını həm Donbasdan, həm də Krımdan tamamilə çıxarar. Bu variant mümkündür, lakin onun ehtimalı 50/50-dir. Digər tərəfdən əgər biz yenidən Minsk-3, Donbas-1 və ya Krım-1 memorandumu imzalasaq, bu, sadəcə olaraq müharibəni bir neçə ay təxirə salacaq. Növbəti müharibə isə indiki müharibədən qat-qat qanlı və sərt olacaq. Bizə sürətli qələbə lazım deyil. Bizə Rusiyanın maksimum zəifləməsi lazımdır. Bu, təkcə ABŞ-ın deyil, bütün Qərbin əsas geostrateji məqsədidir. Putin şərtləri diktə etməməlidir. Məncə, sentyabra qədər biz bu müharibəni bitirə biləcəyik”.

Gununsesi.info