Ukraynada müharibə hələ uzun sürəcək Yens Stoltenberq

  • By admin
  • 23 İyun 2022 11:59

NATO-nun baş katibi Yens Stoltenberq israrla bildirib ki, Alyansdakı müttəfiqlər Ukraynanı lazım olduğu qədər silahla təmin etməlidir.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Stoltenberq Ukraynadakı müharibənin uzunmüddətli olacağını vurğulayıb.

Stoltenberqin sözlərinə görə, NATO müttəfiqlərinin silah tədarükünü dayandırmamaq üçün “siyasi və mənəvi öhdəlikləri” var.

“Biz NATO müttəfiqlərinin uzun müddətdir etdikləri kimi, Ukraynaya müasir, ağır silahlar təqdim etməliyik və Alyans dəstək verməkdə rol oynamalıdır”, – Stoltenberq vurğulayıb.

O deyib ki, Ukraynada müharibə əslində hələ 2014-cü ildə, Rusiya Krımı ilhaq edən və Ukraynanın şərqindəki silahlıları dəstəklədiyi vaxt başlayıb.

Gununsesi.info