Ukraynada müharibə nəticəsində həlak olan uşaqların sayı açıqlanıb

  • By ilhame
  • 11 Aprel 2024 19:57

Rusiyanın genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1 831-dən çox uşaq zərər çəkib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun hesabatında qeyd olunur.

 

Hesabatda, həmçinin, qeyd olunur ki, 2022-ci ilin fevralın 24-dən başlayan Rusiyanın genişmiqyaslı silahlı təcavüzü nəticəsində həyatını itirən ukraynalı uşaqların sayı isə 542 nəfərdir.

 

Ukrayna Baş Prokurorluğundan bildirilib ki, bu rəqəm yekun deyil, döyüşlərin davam etdiyi ərazilərdə, müvəqqəti işğal altında olan ərazilərdə və yeni azad olunan ərazilərdə araşdırmalar davam edir.

Gununsesi.info