Ukraynada münaqişə 2025-ci ildə bitə bilər.
Gununsesi.info xəbər verir ki, hərbi əməliyyatların bitmə vaxtını Gürcüstanın baş naziri İrakli Kobaxidze proqnozlaşdırıb.
“Gələn ilin əvvəlindən biz əminik ki, Gürcüstanda, ABŞ-da digər seçkilər və Ukraynada müharibə başa çatdıqdan sonra Gürcüstanla ABŞ arasında münasibətlər keyfiyyətcə yenidən başlayacaq”, – deyə Kobaxidze bildirib.
O, Tbilisinin hazırda Vaşinqtonla münasibətləri dəyişməyə hazır olduğunu lakin ABŞ-ın Gürcüstana doğru addım atmasının vacibliyini bildirib.
Bundan əvvəl Kobaxidze son anda Nyu-Yorkda ABŞ prezidenti Co Baydenlə ziyafətə dəvətlər siyahısından çıxarılıb.
Səfər Amerika tərəfinin təşəbbüsü ilə Gürcüstan hökumətinin “demokratiyaya və gürcü xalqının iradəsinə sarsıdıcı hörmətsizlik” səbəbindən ləğv edilib.
Şəbnəm