Ukraynada müharibədə 208 uşaq ölüb

  • By admin
  • 23 Aprel 2022 15:55

Ukraynada müharibə nəticəsində fevralın 24-dən bu günə qədər həlak olan uşaqların sayı 208-ə çatıb.

Gununsesi.info xəbər verir ki ,bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, müharibə nəticəsində Ukraynada 595-dən çox uşaq zərər çəkib. Son iki gündə ölən uşaqların rəsmi sayı dəyişməz qalıb – 208. Xəsarət alanların sayı isə 1 nəfər artaraq 387-yə çatıb.

Qeyd edilib ki, ən çox uşaq Donetsk vilayətində, Kiyevdə, Xarkovda, Çerniqovda, Xersonda, Nikolayevdə, Luqanskda, Zaporojyedə, Sumıda, Jitomirdə zərər çəkib. Ukrayna Baş Prokurorluğunun məlumatına görə, müharibə nəticəsində 1500 təhsil müəssisəsi zərər görüb, onlardan 102-si tamamilə məhv edilib.

Baş Prokurorluq bildirib ki, aktiv hərbi əməliyyatların aparıldığı və müvəqqəti işğal olunmuş əraziləri yoxlamaq mümkün olmadığı üçün bu məlumatlar tam dəqiq deyil.

Gununsesi.info