“Ukraynada müharibənin başlama tarixini deyə bilmirik, güman edirik ki, olmayacaq” - SALLİVAN

  • By admin
  • 13 Fevral 2022 21:44

“Ukraynada müharibənin başlama tarixini deyə bilmirik, güman edirik ki, olmayacaq”.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan CNN-ə açıqlamasında bildirib.

O qeyd edib ki, ABŞ administrasiyası Ukraynada müharibə üçün tarix müəyyənləşdirmir.

“Günü proqnozlaşdıra bilmirik, lakin Rusiyanın Ukraynaya qarşı hər bir işğal, böyük bir hərbi hərəkat başlada biləcəyi bir dönəmdə olduğumuzu deyirik.

Bu, Olimpiadanın sonuna qədər gələcək həftəni ehtiva edir. Əlbəttə, bu, Olimpiadadan sonra da ola bilər. Və ya belə bir şey hələ də mümkündür: Rusiya diplomatiya yolunu seçə bilər”, – Sallivan vurğulayıb.

 

 

Gununsesi.info