Ukraynada ölən uşaqların sayı 170-ə çatdı

  • By admin
  • 08 Aprel 2022 11:00

Rusiyanın hərbi müdaxiləsi nəticəsində Ukraynada 169 uşaq ölüb, daha 306 azyaşlı yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, müharibə zamanı 475-dən çox uşaq isə xəsarət alıb.

Bundan əlavə, Rusiyanın hücumları nəticəsində 928 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 84-ü tamamilə dağılıb.

Gununsesi.info