Ukraynada ölən uşaqların sayı artıb

  • By admin
  • 26 Mart 2022 11:00

Ukraynada müharibə başlayandan indiyədək 136 uşaq həlak olub, 199-u isə yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, uşaqlar ən çox Kiyev (64), Xarkov (44), Donetsk (50), Çerniqov (38), Mikolayev (28), Luqansk (25), Zaporojye (17), Xerson (20), Kiyev (16), Jitomir (15) və Sumı (14) bölgələrində zərər çəkib.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.

Gununsesi.info