Ukraynada öldürülən soydaşlarımız Göygöldə dəfn olunacaq

  • By admin
  • 15 Mart 2022 21:20

Fevral ayının 27-i Ukraynadan Moldovaya keçmək istəyən zaman qətlə yetirilən soydaşlarımızın nəşi vətənə gətirilib və sabah Göygöl rayonunda dəfn olunacaq.

Gununsesi.info  xəbər verir ki, bu barədə dünyasını dəyişən şəxslərin qardaşı Qaçay İsmayılov Publika.az-a açıqlamasında məlumat verib.

” Yaxınlarımızın nəşi artıq Azərbaycana gətirilib. Sabah səhər saatlarında Gəncəyə çatacaq və Göygöl rayonunda Murovdağ qəbristanlığında dəfn edəcəyik”- deyə Q.İsmayılov bildirib.

Xatırladaq ki, 27-i ferval tarixində qohumluq əlaqələri olan 40 nəfərdən artıq 8 avtomobilddən ibarət həmyerlilərimiz Odessa vilayətindən Moldova istiqamətində şəxsi təşəbbüsləri ilə təxliyəyə çalışan zaman Kuçurqan sərhəd keçid məntəqəsində naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. Rəhim Əli oğlu İsmayılov, onun qardaşı Nemət İsmayılov və Azər İsmayılov dünyasını hadisə yerində, 25 yaşlı Camal Salmanov isə xəstəxanada dünyasını dəyişib. Həmin şəxslər əslən Kəlbəcər rayonundandır və Gəncə şəhərində məskunlaşıb.

Gununsesi.info