Ukraynada Polşaya məxsus döyüş təyyarələri yoxdur

  • By admin
  • 07 Mart 2022 19:25

Rəsmi Varşava Ukraynaya sovet istehsalı qırıcı təyyarələrin verilməsinə dair xəbərləri təkzib edib.

Gununsesi.info AZƏRTAC-a istinadla xəbər verir ki, hökumətin sosial mediada açıqlamasında Ukraynaya döyüş təyyarələrinin göndərilmədiyi və eləcə də Polşa aviabazalarından belə uçuşlara icazə verilməməsi əksini tapıb. Polşa hökumətinin mətbuat katibi Piotr Müller Polşa Baş Qərargahının “MiQ-29“ qırıcılarının öz bazalarını tərk etmədiyinə dair məlumatını təkrar diqqətə çatdırıb.

P.Müller bildirib ki, Polşa NATO-nun üzvüdür və NATO hücum deyil, müdafiə məqsədləri güdən alyansdır.

Bir çox mətbu orqanlarında Polşanın sovet istehsalı qırıcıları Ukraynaya təhvil verəcəyini, əvəzində isə ABŞ istehsalı olan “F-16” tipli qırıcılar alacağına dair məlumatlar yayılmışdı. ABŞ tərəfi belə bir təklifin olduğunu təsdiqləyib, Polşa rəsmiləri isə bu istiqamətdə müzakirələrin aparıldığını, lakin qərar verilmədiyini açıqlayıblar. Eyni zamanda vurğulanıb ki, belə bir müzakirənin aparılması Polşa ərazisindən təyyarələrin artıq döyüş məqsədilə Ukrayna istiqamətində start götürməsi mənası vermir.

 

 

Gununsesi.info