Ukraynada prezidentin Radadakı nümayəndəsi istefaya göndərildi – FOTO

Ukrayna prezidenti Vladimir Zelenskinin Ali Radadakı nümayəndəsi Fyodor Venislavski tutduğu vəzifədən azad edilib.

Gununsesi.info xəbər verir ki, dövlət başçısının müvafiq sərəncamı prezidentin saytında dərc olunub.

Venislavskinin istefasının səbəbləri barədə məlumat verilmir.

O, 2022-ci il sentyabrın 12-dən prezidentin parlamentdəki nümayəndəsidir. Bundan əvvəl Venislavski dövlət başçısını Ukrayna Konstitusiya Məhkəməsində təmsil edirdi.

Gununsesi.info